“20 Yanvar” faciəsinin 35-ci ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi
20 yanvar 2025 | 13:01
Yanvarın 20-də “20 Yanvar” faciəsinin 35-ci ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, müavinləri, Aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək əziz xatirələrini dərin ehtiramla yad etdiblər.