Şriftin ölçüsü :

Saytın rəngi :

20 Aprelin Qaraçuxur qəsəbəsində növbəti səyyar-görüş qəbul keçirildi

20 aprel 2023 | 09:58
Qaraçuxur qəsəbəsində növbəti səyyar-görüş qəbul keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq aprelin 20-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar-görüş qəbulu Qaraçuxur qəsəbəsinin sakinləri ilə keçirilib.
318 nömrəli tam orta məktəbdə keçirilən qəbulda RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Əziz Əzizov çıxışında bir neçə gün öncə ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın NeftçalaSalyan rayonlarına səfərlərindən və həyata keçirilən işlərdən danışıb. Eyni zamanda o, dövlət başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılış mərasimində Cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın iştirakından bəhs edərək bildirib ki, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulur. Bu bir daha təsdiq edir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi daim dövlətimizin diqqət mərkəzindədir.
Milli Məclisin deputatı Etibar Əliyev də çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin son zamanlar əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar imzaladığı Fərman və sərəncamların əhəmiyyəti barədə danışıb, onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən sabitliyin sosial-iqtisadi inkişafın əsasını təşkil etdiyini vurğulayıb.
Daha sonra ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Qəsəbə sakinləri çıxış edərək rayon icra başçısının qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini söyləyib və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər