2 №-li Uşaq Reabilitasiya Mərkəzində “1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir keçirilib
31 may 2023 | 14:02
Mayın 31-də 2 №-li Uşaq Reabilitasiya Mərkəzində “1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılması, bu sahədə müasir standartlara uyğun infrastrukturun formalaşdırılması məqsədilə görülən işlər barədə ətraflı məlumat verilib.
Daha sonra tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində müalicə alan sağlamlıq imkanları məhdud uşaqların nümunəvi çıxışları ilə davam edib.