Şriftin ölçüsü :

Saytın rəngi :

1995-ci ilin iyunun 8-də dünyaya göz açan Şəhidimiz, baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun doğum günü münasibətilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində onun xatirəsi ehtiramla yad olundu

08 iyun 2022 | 12:37
1995-ci ilin iyunun 8-də dünyaya göz açan Şəhidimiz, baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun doğum günü münasibətilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində onun xatirəsi ehtiramla yad olundu.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Suraxanı rayon Veteranlar Şurasının sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı Gənclər evinin direktoru, M.Mehdiyev adına 280 №-li tam orta məktəbin kollektivi, Şəhidin döyüş yoldaşları, doğmaları və Şəhid ailələri iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır. RİH başçısı eyni zamanda xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan olan, Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Şəhidlik zirvəsinə ucalan Əlimov Elvin Nəsrəddin oğlunun hər zaman qürurla anılacağını qeyd etmişdir.
Həmçinin, tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Şəhid Elvin Əlimovun hərbi hissə komandiri polkovnik leytenant Elvin Həsənov vətən və millət yolunda canından keçməyə hazır olanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvə olan Şəhidlik məqamına yüksələn Elvinin yaddaşlara əbədi həkk olunduğunu bildirmişlər.
Şəhidin anası İradə Əlimova çıxış edərək göstərilən diqqət və qayğıya görə başda dövlət başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə dərin təşəkkürünü bildirmiş və M.Mehdiyev adına 280 №-li tam orta məktəbin müəllimi Sevinc Haqverdiyavanın Elvin Əlimovun xatirəsinə həsr etdiyi “Şəhadət medalı” adlı şerlər kitabını qonaqlara təqdim etmişdir.
Elvin Əlimovun məzunu olduğu M.Mehdiyev adına 280 №-li tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunmuşdur.
Keçidlər