1986-cı il təvəllüdlü mayor Nəcəfi Elxan Şükür oğlunun 40 mərasimi münasibətilə II Fəxri Xiyabanda məzarı ziyarət olunub
31 oktyabr 2023 | 09:41
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü mayor Nəcəfi Elxan Şükür oğlunun 40 mərasimi münasibətilə II Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevicnc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
RİH başçısı Əziz Əzizov Elxan Nəcəfinin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.