Şriftin ölçüsü :

Saytın rəngi :

“Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində “Mədəni irs” Gənclər festivalı keçirilmişdir

13 mart 2015 | 16:00

13 mart 2015-ci il tarixdə Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 200-ə  yaxın tələbə və gənclərin iştirakı ilə “Mədəni irs” Gənclər Festivalı keçirilmişdir.
“Mədəni irs” Gənclər Festivalında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov,  Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri və nümayəndələri iştirak etmişdir.
Festivalın keçirilməsində məqsəd  Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.
Festival zamanı yerli və xarici qonaqlar adət ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olamuşlar. Gənc aktyor və tələbələr  baharın 4 ünsürünü- su, od, külək və  torpaq çərşənbəsini rəqslərlə canlandırmışlar. Eyni zamanda qonaqlar, milli və tətbiqi sənət məhsulları ilə tanış olmuş, milli mətbəximizin təamlarından dadmışlar. Bununla yanaşı pəhləvan, kəndirbaz və sehrbazlar öz məharətlərini nümayiş etdirmiş, muğam və milli musiqilər səsləndirilmişdir.
Qeyd edək ki, festival Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq  yarımbəndinin  icra istiqamətində növbəti tədbirdir.

Keçidlər