Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Fövqaladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasətmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşlıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib

10 mart 2015 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunda “Fövqaladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasətmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşlıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.
Suraxanı rayonunda keçirilən dəyirmi masa iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev Parkında  Ümumilli Liderin abidəsi önünə gül dəstələri qoydular. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq oldu. Məlumat verildi ki, 2009-cu il may ayının 4-də fəaliyyətə başlayan Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilib. Tədbir iştirakçıları son illər ərzində Suraxanıda həyata keçirilən abadlıq-quruculuq işlərini əks etdirən fotolara da baxdılar.
Konfrans zalında keçirilən dəyirmi masada Fövqaladə Hallar Nazirliyinin, paytaxtın 12 rayonunun fövqaladə hallar komissiyalarının sədrləri və Bakı şəhərinin müvafiq sturukturlarının nümayəndələri iştirak edirdi. Suraxanı Rayon İcra Hakimiyyətinin başcısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezienti cənab İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rayonda əsaslı və kompleks yenidənqurma işləri həyata keçirildiyini xüsusi vurğuladı. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və I Avropa Oyunları çərçivəsində Suraxanı rayonunda görülən işlər barədə ətraflı məlumat verdi. Fövqaladə halların xəbardar edilməsi və nəticələrin aradan qaldırılmasında Fövqaladə Hallar Nazirliyi orqanlarının yerli icra hakimiyyətləri ilə birgə fəaliyyətinin müstəsna rolunun olduğunu qeyd etdi.
Fövqaladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev fövqaladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasətmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşlıqlı fəaliyyətin təşkilində Mərkəzin fəaliyyətindən bəhs etdi. Hər il paytaxtın rayon icra hakimiyyətləri ilə müxtəlif mövzularda tədbirlər, seminar və dəyirmi masaların keçirildiyini bildirdi. Avropa oyunlarının hazırlığı və keçirilməsi zamanı birgə fəaliyyətin vacibliyini vurğuladı.
Sonra mövzu ətrafında çıxışlar və təqdimatlar oldu. Təhlükəsizlik Əməliyyatları şöbəsinin rəhbəri Körk Rodzun “Bakı 2015 I Avropa Oyunlarının Təhlükəsizlik Əməliyyatrlarının icmalı” mövzunda təqdimatı dinlənildi.
Tədbiri Rayon İcra Hakimiyyətinin Operativ İdarəetmə Mərkəzinin imkanlarından istifadə edilməklə rayonun bütün qəsəbələrində təhsil, səhiyyə müəssisələrinin rəhbərləri canlı video bağlantı ilə izlədilər, müəssisə rəhbərləri onları  maraqlandıran məsələləri on-line rejimində tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Keçidlər