Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 12-də Suraxanı Rayon İcra Hakimiyyətində “Antikorrupsiya və etik davranış qaydaları” mövzularında təlim keçirilib

12 may 2022 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinin və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları üçün təşkil olunan təlim Azərbaycan Açıq Hökumət Platforması və MG Consulting ilə birgə Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində təşkil olunub.
Təlimdə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rəşad Hacıyev, müavin Könül xanım Axundova, Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev, ECSOFT  layihəsinin nümayəndəsi, MG Consulting LLC-nin hüquqşünası Hamlet Babayev, ECSOFT  layihəsinin nümayəndəsi ekspert Zaur İbrahimov iştirak etmişlər.
İlk öncə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının müavini Könül xanım Axundova çıxış edərək qonaqları salamlamış və “Antikorrupsiya və etik davranış qaydaları mövzusunda” keçirilən təlimin Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Suraxanı rayonunda icrasını təmin etmək məqsədilə təşkil olunduğunu bildirmişdir.
Təlimçi qismində çıxış edən Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev və ECSOFT  layihəsinin nümayəndəsi ekspert Zaur İbrahimov tərəfindən “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” və “Etik davranış qaydaları” mövzularında təqdimatlar nümayiş olunub.
Təlim iştirakçılarına korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması, dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət və s. məsələlərlə bağlı ətraflı məlumatlar verilib.
Korrupsiya ilə əlaqədar hüquqpozmalara və etik davranış qaydalarına dair konkret keyslər iştirakçılarla birgə təhlil edilib. 

Keçidlər