Mayın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Bülbülə qəsəbəsinin sakinləri ilə keçirmişdir
Mayın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Bülbülə qəsəbəsinin sakinləri ilə keçirmişdir.
327 №-li tam orta məktəbdə 150 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərə toxunaraq bildirdi ki, Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı naminə qazandığımız bu qələbə 200 il davam edən Azərbaycan torpaqlarının itirilməsi prosesinin qarşısını aldı. 30 illik işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər, müharibədən sonra yaranmış reallıqlar, sülh müqaviləsinin bağlanmasına maneçilik törədən amillər, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həyata keçirilən infrastruktur layihələri, tikinti-bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən tədbirlər göz önündədir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərindən danışaraq orada keçirilən möhtəşəm V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının bütün dünyaya səs salacağını vurğulamışdır.
Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib, səsləndirilən problemlərin araşdırılaraq həlli üçün tapşırıqlar verilib.