Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir A.Səfərov adına 114 saylı tam orta məktəbdə təşkil olunmuşdur

11 may 2022 | 16:00

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan A.Səfərov adına 114 saylı tam orta məktəbin direktoru Ceyran Novruzova qonaqları salamlamış və cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığını, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığını diqqətə çatdırmışdır.
Sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RİH başçısı sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulamışdır.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış etmişlər.

Keçidlər