Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində Şəhid olmuş igidlərimizdən biri Hacıyev Elmaz Elmar oğlunun bu gün doğum günüdür

09 may 2022 | 16:00

Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində Şəhid olmuş igidlərimizdən biri Hacıyev Elmaz Elmar oğlunun bu gün doğum günüdür.
Bu münasibətlə mayın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin 1-ci müavini Rəşad Hacıyev, şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şəhidin xatirəsini ehtiramla yad edərək ailə üzvlərinə baş çəkmiş və məzarını ziyarət etmişlər. Həmçinin, açılmış ehsan süfrəsində Şəhidin ruhuna dualar oxunmuşdur.
RİH başçısı Əziz Əzizov Şəhidimizin anası Səxavət xanıma Vətənimizə gərəkli övlad böyütdüyü üçün bir daha təşəkkür etmiş, torpaqlarımızın müdafiəsi naminə canlarından keçmiş və Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.

.

 

Keçidlər