Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə tədbirlər davam etdirilir
6 may 2022-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsi N. Həmidov adına 208Nli tam orta məktəbdə "Sən azadsan, Şuşam mənim" adlı tədbir keçirildi. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin nümayəndələri Elmar müəllim, Gülər xanım. YAP Suraxanı rayon təşkilatından Gülsüm xanım iştirak etmişlər.
"Sən Azadsan, Şuşam mənim!" adlı tədbir 1dəqiqəlik sükut və himn ilə başlamışdır. Tədbirdə ümummilli Heydər Əliyevin Azərbaycan bütövlüyü uğrunda mübarizə aparması və yürütdüyü siyasət haqqında məlumat verilmiş, videoçarxlar nümayiş olunmuşdur. Daha sonra tarixi şəxsiyyətlərdən Şah İsmayıl Xətainın anası, Aləmşah bəyim ilə danışıqları və bütöv Azərbaycanı görmək istəməsi şagirdlər tərəfindən səhnələşdirilmişdir. Aprel döyüşlərinin Vətən müharibəsinə bir qığılcım olduğu vurğulanmış, "dəmir yumruq" ilə məqsədimizə nail olmağımız, anaların övladlarını döyüşə yola salmaqları, onların döyüşə hazır olduqları səhnəciklə göstərilmişdir. Şagirdlər Şuşa haqqında şeirlər demiş və şagirdlər tərəfindən "Şuşanın dağları" rəqsi ifa olunmuşdur. Xan qızı Nətavanın, Bülbül və Ü.Hacıbəyovun öz yurdlarına qayıtması səhnələşdirilmişdir.