Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirilmişdir

06 may 2022 | 16:00

Mayın 6-da Suraxanı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyevin sədrliyi ilə keçirilmiş müşavirədə Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov,  Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Bakı  Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 11 saylı  Köməkçi Yardım Stansiyasının, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Suraxanı Rayon Polis İdarəsinin nümayəndələri, rayonun təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Suraxanı rayonunda yerləşən çimərliklərdə fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
Müşavirədə iştirak edən rayon təşkilatlarının rəhbərləri və məsul əməkdaşları öz fəaliyyət sahələrinə uyğun olaraq yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi sahəsində planlaşdırılan tədbirlər, çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti, çimərliklərdə asayişin təmin olunması istiqamətində planlaşdırılan tədbirlərlə bağlı mövzular ətrafında çıxış etmişlər.

Keçidlər