Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirmişdir

05 may 2022 | 16:00

Mayın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirmişdir.
A.Səfərov adına 114 №-li tam orta məktəbdə 180 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, bu gün xalqımız tarixin ən şərəfli dövrünü yaşayır. 30 illik işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər, müharibədən sonra yaranmış reallıqlar, sülh müqaviləsinin bağlanmasına maneçilik törədən amillər, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həyata keçirilən infrastruktur layihələri, tikinti-bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən tədbirlər göz önündədir. Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransla bağlı fikirlərini çatdıran RİH başçısı bildirdi ki, bu qarışıq dünyamızda Azərbaycanın, onun dövlət başçısının yeritdiyi siyasət mümkün olanın ən doğrusudur.
Daha sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış və ya araşdırılması üçün nəzarətə götürülmüşdür.

Keçidlər