Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərildi

29 aprel 2022 | 16:00

Aprelin 29-da Milli Məclisin rəhbərliyinin, eləcə də deputatlar Sevinc xanım Fətəliyevanın və Etibar Əliyevin təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı Rayon İcra Hakimiyyətində Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilmişdir.
İlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı qonaqlarla və sakinlərlə görüşərək belə aksiyaların keçirilməsinin əsas məqsədinin  aztəminatlı ailələri narahat edən məsələlərin həllinə nail olunması üçün onlara yaxından dəstək olduğunu qeyd etmişdir. Azərbaycan dövlətinin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini vurğulayan RİH başçısı 9 saylı Vəkil Bürosunun vəkilləri, təcrübəli hüquqşünaslar tərəfindən sakinlərin hər birinin suallarının cavablandırılacağını və problemlərinə hüquqi cəhətdən aydınlıq gətiriləcəyini diqqətə çatdırmışdır.
Milli Məclisin deputatları Sevinc xanım Fətəliyevanın və Etibar Əliyevin çıxışlarından sonra başlayan aksiyada 9 saylı Vəkil Bürosunun vəkilləri fərdi qaydada hər bir sakinin müraciətini dinləyərək, onlara hüquqi yardım göstərmişlər.

Keçidlər