Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması davam etdirilir

28 aprel 2022 | 16:00

Suraxanı rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri həyata keçirilərək uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması davam etdirilir.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi 5-ci döngədə uzunluğu 450 metr olan yolda 2700 kv.m asfalt örtüyünün salınması işləri aparılır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdiriləcək.

 

Keçidlər