Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 26-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 400 nəfərlik iftar süfrəsi açılıb

26 aprel 2022 | 16:00

İftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhid anaları və şəhid ataları, qazilər, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri, ağsaqqallar, din xadimləri, Çernobıl əlilləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək insanlar arasında mənəvi paklığı tərənnüm etdirən müqəddəs Ramazan ayında bütün duaların qəbul olunmasını diləyərək Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişdir. Xalqımız tərəfindən milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşıldığını vurğulayan RİH başçısı şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına dövlət qayğısından da danışmışdır.
Həmçinin, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov da çıxış edərək bu müqəddəs ayda xalqımızın əmin-amanlığı və firəvanlığı naminə xoş arzularını çatdırmışdır.

 

Keçidlər