Aprelin 26-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu, Heydər Əliyev Mərkəzində Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Aprelin 26-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu, Heydər Əliyev Mərkəzində Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Tibb elmləri doktoru, Professor, oftalmoloq, şair Paşa Qəlbinur, Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, rayonun səhiyyə və təhsil müəsissələrinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə dövlət himninin səsləndirilməsindən və akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarxın nümayişindən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. O, qeyd etmişdir ki, bugünkü tədbirimiz də Zərifə xanımın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək üçün səbəb olub.
Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.
Həmçinin, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, tibb elmləri doktoru, professor, oftalmoloq, şair Paşa Qəlbinur və 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Dürdanə Kəngərli çıxış edərək bildirmişdirlər ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərib. Eyni zamanda, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.
Tədbir bədii hissə ilə yekunlaşmışdır.