Suraxanı rayonundan olan qazilər Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinədən keçirildi
Səhhətində problem yaşayan və müayinəyə ehtiyacı olan Vətən müharibəsi qazilərinə dəstək olmaq məqsədilə Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü, Regional İnkişaf İctimai Birliyinin dəstəyi və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Suraxanı rayonundan olan qazilər kardioloji, nevroloji, psixoloji müayinədən keçirilmiş, onlara lazımi məsləhətlər verilərək və müalicə təyin edilmişdir.
Həmçinin qazilərin Yaşat fondunun dəstəyi ilə pulsuz dərman preparatları ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Aksiyada iştirak edən qazilər müayinələr üçün yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər. Hər zaman dövlətin dəstəyini və qayğısını hiss etdiklərini ifadə edən qazilər, bu kimi aksiyaların məhz onlara göstərilən diqqətin bariz nümunəsi olduğunu söyləyiblər.