Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitutunun təşəbbüsü və Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprelin 21-də Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında maarifləndirici xarakterli tədbir keçirilmişdir.

21 aprel 2022 | 16:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan İlahiyyat İnstitutunun nümayəndələri, rayonun din xadimləri, təhsil müəsissələrinin rəhbərləri və abituriyentlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov  ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradılmışdır. Rektor İnstitutun istifadəyə verilmiş yeni binasının açılış mərasimində Prezident cənab İlham Əliyevin iştirak etməsini ölkə başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulamış, eləcə də ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aqil Əlisoy, Höccət İbn Həsən məscidinin dini icmasının sədri Allahverən Məmmədzadə, B.Qulamoğlu adına 285 №-li tam orta məktəbin direktoru Səfurə Rəhimova, E.Cəfərov adına 118 №-li tam orta məktəbin direktoru Nizaməddin Ağcayev, Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şəhid atası Əlixan Əliyev, Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva çıxış etmişlər. Çıxışlarda təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirildiyi, elmin, təhsilin maddi-texniki bazasının inkişaf etdirildiyi, ən müasir və qabaqcıl texnologiyalarla təmin olunduğu vurğulanmış, yeniyetmə və gənclərin mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlər haqqında məlumatlar verilmişdir.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun şöbə müdiri Fidan Yusifova çıxış edərək ali təhsil müəssisəsinə qəbul prosesi və qaydaları barədə ətraflı məlumat vermiş, İnstitutun ictimai fəaliyyətini əks etdirən slayd nümayiş etdirmişdir.
Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək tədbirdə iştirak etdiklərinə görə qonaqlara dərin minnətdarlığını bildirmiş və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində həyata keçirilən işlərdən danışmışdır. O, çıxışında din sahəsinə maraq göstərən Suraxanı rayon şagirdlərinin savadlı mütəxəssis kimi yetişdirilməsi üçün İlahiyyat İnstitutunda təhsilə cəlb  olunması məqsədilə bir qrup abituriyentin iştirakı ilə İnstitutda ekskursiyanın təşkil olunması ilə bağlı təklif də irəli sürmüşdür.


 

Keçidlər