Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 21-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Qaraçuxur qəsəbəsinin sakinləri ilə keçirmişdir.

21 aprel 2022 | 16:00

N.Rəfiyev adına 104 №-li tam orta məktəbin akt zalında 130 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət siyasətindən bəhs etmişdir. Həmçinin, o, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirən əsas amillərin güclü dövlət, zəngin iqtisadiyyat, siyasi iradə, məqsədyönlü diplomatiya və ən nəhayət, məhz ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlar olduğunu bildirmişdir.
Milli Məclisin deputatı Etibar Əliyev çıxış edərək bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində tədbirlərin görüldüyünü vətəndaşların nəzərinə çatdırmışdır. O, Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsindən danışaraq Ordumuzun igidliyi, şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinin azərbaycançılığın tarixi təntənəsi olduğunu da qeyd etmişdir.
Daha sonra sakinlərin sualları cavablandırılmış, müraciətlərinə aydınlıq gətirilmiş, qaldırılan bir sıra məsələlər nəzarətə götürülmüşdür.

Keçidlər