20 aprel 2022-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə "Biz Narkotiksiz Həyatı Seçirik!" adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları və digər məsələlər haqqında ətraflı fikirlər səsləndirilib.
Diskusiya şəklində təşkil olunmuş tədbirdə ekspertlər öz fikirlərini söyləyərək gənclərin suallarını cavablandırmışlar. Vaxtı ilə bu ağır bəladan əziyyət çəkib hazırda xilas olan Suraxanı rayon gənci öz həyat hekayəsini gənclərə çatdırmış, onları zərərli və ziyanlı vərdişlərdən uzaq olmağa çağırmışdır.
Daha sonra ssenari müəllifi Asif Kəngərli olan “Bəla” filmi nümayiş olunmuş və “Bəla” adlı kitab Asif Kəngərli tərəfindən gələn qonaqlara təqdim olunmuşdur.