Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Suraxanı rayonu 37 nömrəli Uşaq Musiqi Məktəbinin Saz sinfinin "Şuşa ili"nə həsr olunmuş "Zəfər" adlı konserti keçirilib.

19 aprel 2022 | 16:00

Konsertdə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini Könül xanım Axundova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan aşıqlar birliyinin sədri professor Məhərrəm Qasımlı, əməkdar incəsənət xadimləri, ziyalılar, musiqi məktəblərinin direktorları və saz siniflərinin müəllimləri iştirak etmişlər.
Konserti açıq elan edən Aysel Uğurluyeva milli mənəvi dəyərlərimizə, muğam və aşıq sənətinə dövlət qayğısından, eləcə də bu sənətin dünyaya tanıdılmasında və inkişafında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördükləri işlər barəsində ətraflı məlumat vermişdir.
Azərbaycan Aşıqlar birliyinin sədri professor Məhərrəm Qasımlı çıxış edərək ali və orta təhsil musiqi məktəblərində Aşıq və saz sənətinin inkişafından və bu sahədə 37 nömrəli Uşaq Musiqi Məktəbinin Saz sinfinin uğurlarından danışmışdır.
Daha sonra 37 nömrəli Uşaq Musiqi Məktəbinin Saz sinfinin rəngarəng ifaları tamaşaçıların arasıkəsilməz alqışları ilə müşayiət olunmuşdur.
Konsertin sonunda Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək konsert barədə xoş təəssüratlarını çatdırmış, saz sinfinin müəllim və şagird kollektivinə uğurlar arzu etmişlər.
Sonda 37 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Möhüb Babayev gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.

Keçidlər