S.S.Axundov adına 172 nömrəli tam orta məktəbdə “Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı və Aprel döyüşlərinin 6-cı il dönümü ilə bağlı "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib
Suraxanı rayonu, S.S.Axundov adına 172 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyi tərəfindən birgə hazırlanan 44 günlük Vətən Müharibəsində qazandığımız qələbəyə həsr olunmuş “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı və Aprel döyüşlərinin 6-cı il dönümü ilə bağlı "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, RİHBA-nın və YAP Suraxanı Rayon Təşkilatının əməkdaşları, 1-ci və 2-ci Qarabağ Müharibəsinin, eləcə də Aprel döyüşlərinin qaziləri, şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Bağırova qonaqları salamlayaraq “Bizim böyük Qələbəmiz” adlı kitabın azyaşlı məktəblilər üçün əhəmiyyətindən danışmış və 44 günlük Vətən Müharibəsinin xalqımızın tarixi qələbəsi kimi əbədi olaraq yaddaşlara həkk olunmasından, bu tarixin gələcək nəsillərə ötürülməsinin vacibliyindən söz açmışdır.
Daha sonra məktəblilər Qələbimizə həsr olunmuş bədii hissə ilə çıxış ediblər.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova çıxış edərək bildirmişdir ki, məktəblilər üçün nəzərdə tutulmuş “Bizim böyük Qələbəmiz” adlı kitabı şagirdlərimiz oxuyarkən Zəfər tariximizi daha yaxından öyrənəcək və aydın qavrayacaq, həmçinin onlarda tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağın artırılmasına düzgün yanaşma tərzi formalaşacaqdır.
Tədbirdə çıxış edən qazilər və Şəhid ailələri Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi Qələbəmizdən, milli birliyimizdən söz açaraq bu qələbədən qürur və iftixar hissi keçirdiklərini bildiriblər.