Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha bir ailənin təməli qoyuldu
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha bir yeni ailə quran gəncin nikah mərasimi təşkil olunmuşdur.
Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, önünə tər güllər düzdülər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində Rayon Qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Azər Kərimovla Günay Babayevanın nikahını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnaməsini təqdim etdi.
Bəy və gəlinin nişan üzüklərinin dəyişdirilməsi iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olundu. Yeni evlənənlər toplaşanların çoxsaylı təbrikləri qəbul etdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı.
Yeni ailəyə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edildi.
Sonra yeni ailə quran gənclər “Məhəbbət əfsanəsi” filmini seyr etdilər.
Ailə həyatına qədəm qoyan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər, sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar.
Heydər Əliyev parkı ilə tanışlıqdan sonra “Gəncər bağı”nda yeni salımış “Sevən ürəklər” guşəsində sərv ağacıı əkdilər.