18 aprel 2022-ci il tarixdə "Sərhəd" hərbi-idman oyunu üzrə Suraxanı rayonu, Hövsan zona birinciliyi keçirilib
Gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədi ilə 18 aprel 2022-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi üzrə ümumtəhsil məktəblərinin 10 sinif şagirdlərindən ibarət 6 komanda ilə "Sərhəd" hərbi-idman oyunu üzrə Suraxanı rayonu, Hövsan zona birinciliyi keçirilmişdir.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin şəxsi heyyət üzrə şöbəsinin rəisi, birinci dərəcəli kapitan Mehman Hacıyev, Suraxanı RİHBA-nın və Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər.
Yarışın baş hakimlər kollegiyasının qərarına əsasən zona birinciliyi uğrunda mübarizədə qəsəbənin M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbinin komandası 1-ci yeri tutaraq Bakı şəhər zona birinciliyinə vəsiqə qazanmışdır. Yarışda E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin komandası 2-ci, V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülmüşlər.