Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimizin adını daşıyan küçə asfaltlanır

18 aprel 2022 | 16:00

Suraxanı rayonunda Şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq və adlarını əbədiləşdirmək məqsədilə bulaq-abidə kompleksləri inşa edilir, barelyeflər qoyulur, həmçinin rayon ərazisində küçələrə onların adları verilir.
Vətən uğrunda haqq savaşının qəhrəmanı, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Şahbazov Elnur Qədir oğlunun adı da Yeni Suraxanı qəsəbəsindəki küçəyə verilmişdir.
Qeyd edək ki, hazırda Şəhidin adını daşıyan sözügedən Elnur Şahbazov küçəsi təmir olunaraq 3120 kv.m yolda asfalt örtüyünün salınması işləri həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı görülən işlərin vəziyyəti ilə maraqlanmışdır.

 

Keçidlər