Növbəti dəfə 8 Mart adına Mədəniyyət evində narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Suraxanı rayonunda növbəti dəfə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Yeni Suraxanı qəsəbəsində 8 Mart adına Mədəniyyət evində təşkil olunmuşdur.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavini Könül xanım Axundova iştirak etmişdir. Könül xanım Axundova müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs etmiş, eləcə də narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə məlumat vermişdir.
Tədbirdə narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarx nümayiş olunmuşdur.