Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə A.Aqarunov adına 154 saylı tam orta məktəbdə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

15 aprel 2022 | 16:00

Suraxanı rayonunda növbəti dəfə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir A.Aqarunov adına 154 saylı tam orta məktəbdə təşkil olunmuşdur.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov,  Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, bu gün ölkəmizin bütün sahələr üzrə qazandığı uğurlar Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra qoyulan möhkəm təmələ əsaslanır. Ölkə başçımız Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı inkişaf strategiyası bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Əziz Əzizov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bir daha şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RİH başçısı sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulamışdır.
Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış etmişlər.
Daha sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunmuşdur.

 

Keçidlər