Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətində etik müvəkkilin 2022-ci il üçün iş planına uyğun olaraq müşavirə keçirilib

14 aprel 2022 | 16:00

Aprelin 14-də “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin icrası ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edən və onun təhlilini aparan etik müvəkkilin 2022-ci il üçün iş planına uyğun olaraq etik müvəkkil - RİH başçısının müavini Könül xanım Axundovanın iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə “Dövlət qulluqçularının fəaliyyətində vətəndaşların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunması” mövzusunda Hüquq şöbəsinin müdiri Zahirli Elşən Həsən oğlu məruzə ilə çıxış etmişdir.

 

Keçidlər