Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 14-də növbəti səyyar görüş Hövsan qəsəbəsinin sakinləri ilə keçirilib

14 aprel 2022 | 16:00

Aprelin 14-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Hövsan qəsəbəsinin sakinləri ilə keçirmişdir.
M.Bayramov adına 196 saylı tam orta məktəbin akt zalında 130 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri də iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, işğaldan azad olunmuş torpaqlarımızın ölkə başçımızın göstərişlərinə əsasən abadlaşdırılmasından, orada aparılan infrastruktur layihələrdən danışmış, eləcə də rayonda həyata keçirilən abadlıq-quruculuq işləri barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Həmçinin, səyyar görüşdə iştirak edən Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva da ölkə başçımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırmışdır.
Daha sonra RİH başçısı Əziz Əzizov səyyar görüş-qəbulda sakinləri narahat edən məsələlərə aydınlıq qətirib, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

 

Keçidlər