Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda tibbi müayinənin gedişi haqqında məlumat

12 fevral 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla keçirilir.
Rayon İcra Hakimiyyəti başçısının  02 fevral 2015-ci il tarixli  08 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış,  rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olduğu tədqirdə proflaktik tədbirlərin həyata keçirilməsi isanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir.
            Suraxanı rayonun 212300 nəfər əhalisinin və rayonda məskunlaş 21858 nəfər məcburi köçkünün tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
           12 fevral  2015-ci il tarixədək Suraxanı rayonunda  18 minə yaxın vətəndaş və 33-dən çox kollektiv tibbi müayinədən keçib. 335 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 38 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilmişdir.
         12 nömrəli Birləşmiş  Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirdi ki, 2013-cü ildə Xəstəxana  tam təmir olunub və müasir avadanlıqlarla təchiz olunub. Dövlət başçısının tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilmişdir. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlat. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayiə edirlər. Müəssisəmiz 13572 nəfər böyük əhaliyəvə 3958 uşağa xidmət edir. Xəstəxanamıza gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçirlər. 12 fevral 2015-ci il tarixədək 1650 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 89 nəfəri rentgen, 79 nəfəri USM aparatından 121 nəfəri laboratoriya  və 73 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların  42 nəfərərində xəstəlik aşkar olunub və 7 nəfəri stasinar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə,uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
            Yeni Suraxanı qəsəbəsinin sakinləri vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün tədqirəlayuq olduğunu bildirərək xüsusi vurğuladılar ki, cari ilin 2 fevral tarixindən başlayan  bu aksiya bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Keçidlər