Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda xidmət və ticarət obyektlərində monitorinqlər davam etdirilir

13 aprel 2022 | 16:00

Suraxanı rayonunda əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı reydlərin keçirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, MKİS-lərin, 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti Şöbəsinin və rayonun xidmət sahələrinin nümayəndələrindən ibarət monitorinq qrupları yaradılıb.
Gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə  monitorinq qrupları tərəfindən rayon ərazisində xidmət və ticarət obyektlərinə baxış keçirilərək qadağan olunan qaz cihazlarından istifadə hallarının olmaması, yanğın və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı vəziyyət yoxlanılır. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə təxirəsalınmaz tədbirlər görülür, eləcə də sahibkarlarla maarifləndirici söhbətlər aparılır.

 

Keçidlər