Aprelin 2-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə gənclərlə Aprel döyüşlərinə həsr olunmuş görüş keçirilib
Görüşdə Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, Şəhid ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı ehtiyatda olan polkovnik-leytenant Elşən Qarayev, Şəhid Əlizaman İslamovun anası Hürnisə xanım, qazilər Ruslan Abbasquliyev, Elməddin Əhmədov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Həbib Bayramov, Canlı İşıqfor Xalid Musayev iştirak etmişlər.
Görüşdə bildirilmişdir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan Aprel döyüşlərindəki qələbələr Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı oldu. Bu döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu.