Şriftin ölçüsü :

Saytın rəngi :

Yaz mövsümü ilə əlaqədar aprelin 2-də Suraxanı rayonunda təmizlik və abadlıqla bağlı ümumrayon iməciliyi keçirilib

02 aprel 2022 | 16:00

Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarının və qeyri-yaşayış obyektlərinin sahiblərinin iştirakı ilə səhər saatlarından başlanan iməcilik rayonun bütün qəsəbələrini əhatə edib.
Küçələrdə səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər yuyularaq, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik işləri görülmüş, yollarda və parklarda dezinfeksiya işləri aparılmış, müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılmışdır.
Yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilmiş, ağacların qurumuş budaqları budanmış, dibləri bellənərək ziyanverici həşəratlardan qorunmaq üçün gövdələri əhənglənmiş, yabanı quru, alaq otlar təmizlənmişdir.
Həmçinin, ictimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları da öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstərmişlər.

 

Keçidlər