Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı gənclər birliyinin IV konfransı keçirilib

12 fevral 2015 | 16:00

Suraxanı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının gənclər birliyinin IV konfransı keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Tədbir YAP GB-nin fəaliyyətinə həsr olunmuş foto-slaydın təqdim olunması ilə davam etdirilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra konfrans iştirakçıları tərəfindən Ulu Öndərin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür: “Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsasən Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham  Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özünü doğruldur. Ümumilli Liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayadarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.” Nitqinə davam V.Seyidov qeyd edib ki, hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq, gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir.
Rayon təşkilat sədri bildirib ki, Ümumilli Lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir: “Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyası olduğu üçün, xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz töhvələrini verməyə çalışırlar. Çünki partiyamızın yolu, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin yoludur”.
Konfransda çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq, bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib mühüm addımlar atılıb:
“Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri Müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı beynəlxalq konfranslarda, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir”. İ.Abbasov bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açıldığını bildirərək qeyd edib ki, indi əsas vəzifə gənclərin bu ikanlarından layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında bildirib ki, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticə olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf  mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Millət vəkili qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği prioritet istiqamətlərdəndir. Millət vəkili Azərbaycan həqiqətlərini dünyaya çatdıran Leyla Əliyevanın gördüyü işlərin gənclərimiz üçün bir örnək olduğunu vurğulayıb. O bildirib ki, aparılan uğurlu Dövlət gənclər siyasətinin əsas məğzi gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
S.Fətəliyeva Ulu Öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasət, Cənab Prezident tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün  gənclərimiz ölkənin ictimai həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar qazanırlar. Nüfuzlu beynəlxalq təşkilatının üzvü olmuş dövlətimiz özünün demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə tam formalaşdırıb.
Respublika tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov, YAP Gənclər Birliyinin ofisinin koordinatoru Aliyə Ağrılı, Azərbaycan Tələbə Gənclər Təşkilatının icraçı direktoru Şəmsi Gülverdiyev, Bakı Dövlət Universitetinin III kurs tələbəsi Nigar İbrahimova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kənan Kərimov çıxışlarında bildirib ki, son illər respublikamızda həyata keçirilən tədbirilər gənclərin də hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, gənclərin ictiami-siyasi fəallığının artmasına səbəb olub. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul olunması, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi uğurlar əldə edilib. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı artırılıb. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Bunun nəticəsi olaraq, Vətənimizin qüdrətlənməsi naminə dövlətimizin apardığı siyasi xətti daim dəstəkləyəcəklərini bildiriblər.
Sonra YAP Suraxanı rayon təşkilati gənclər birliyinin şurasına 25 nəfər, idarə heyətinə isə 13 nəfərdən ibarər üzv seçilib. Rayon təşkilatının gənclər birliyinin sədri Kənan Kərimov, müavinləri isə Nigar İbrahimova, Ramiz Həsənzadə və Şəmsi Gülverdiyev seçilib. Konfransda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər mükafatlandırılıb və partiya sıralarına yeni daxil olan gənclərə vəsiqələr təqdim olunub. Sonda konfrans iştirakçıları adından ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər