Suraxanı rayonunda növbəti qanvermə aksiyası təşkil olunub
Aprelin 1-də Suraxanı rayonunda növbəti qanvermə aksiyası Hövsan qəsəbəsində Höccət İbn Həsən məscidində təşkil olunub.
100-ə yaxın rayon sakininin iştirakı ilə keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi ilə keçirilib. Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir.
Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.