Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Bülbülə qəsəbəsinin sakinləri ilə keçirmişdir

31 mart 2022 | 16:00

Martın 31-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Bülbülə qəsəbəsinin sakinləri ilə keçirmişdir.

N.Həmidov adına 208 saylı tam orta məktəbin akt zalında 150 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin yaratdığı təməl sayəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət siyasətindən bəhs etmişdir. Həmçinin, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən müharibəsindən, döyüş meydanında düşmənin məğlubiyyətindən danışaraq işğaldan azad olunan rayonlarımızın bərpasının sistemli şəkildə həyata keçirildiyini, orada müasir infrastruktur layihələrinin uğurla icra olunduğunu vurğulamışdır.

RİH başçısı eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında da məlumat vermişdir. Daha sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış və ya araşdırılması üçün nəzarətə götürülmüşdür.

 

 

Keçidlər