31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş növbəti tədbir Suraxanı Rayon Heydər Əliyev Mərkəzində keçirilib
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Suraxanı Gənclər evinin, Qurban Abbasov adına Mədəniyyət Sarayının əməkdaşları və rayon məktəbliləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş soyqırım qurbanlarının, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və soyqırımla bağlı video-çarxın nümayiş olunması ilə başlanan tədbirdə Mərkəzin direktor əvəzi Firəngiz Məlikbəyli çıxış edərək tədbir iştirakçılarını salamlamışdır.
A.Səfərov adına 114 saylı tam orta məktəbin tarix müəllimi Rza Eyvazlının təqdimatında dəhşətli qırğınlar barədə məlumatlar və tarixi faktlar təfərrüatları ilə tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Daha sonra tədbir Qurban Abbasov adına Mədəniyyət Sarayının “Xəzər” Bədii Qiraət dərnəyinin üzvlərinin və Suraxanı Gənclər Evinin gənclərinin təqdimatında bədii hissə ilə davam etmişdir.