Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qucaqla məni” adlı tamaşanın ilk təqdimatı keçirilib

30 mart 2022 | 16:00

Martın 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Uşaq və Gənclər Teatrının təqdimatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarix boyu xalqımıza qarşı törədilmiş soyqırımlara həsr olunmuş “Qucaqla məni” adlı tamaşanın ilk təqdimatı keçirilmişdir.
Qurban Abbasov adına Mədəniyyət Sarayında nümayiş olunmuş tamaşanın təqdimatında  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri və digər qonaqlar iştirak etmişlər.
Ssenari müəllifi Arzu Soltan, rejissoru Respublikanın əməkdar artisti İntiqam Soltan olan və 1918-ci il mart hadisələrindən bəhs edən tamaşa alqışlarla qarşılandı.
Tamaşanın nümayişindən sonra Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınların Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açıldı. Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması və soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmçinin, Əziz Əzizov bildirmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olmuşdur.
Daha sonra tədbirdə çıxış edən qonaqlar tamaşanın ərsəyə gəlməsinə görə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər