Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Qəhrəmanov Orxan Sərvər oğlu doğum günündə təhsil aldığı N.Rəfiyev adına 104 saylı tam orta məktəbdə anıldı

29 mart 2022 | 16:00

Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində Şəhid olmuş Qəhrəmanov Orxan Sərvər oğlunun doğum günündə təhsil aldığı N.Rəfiyev adına 104 saylı tam orta məktəbdə anım tədbiri keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon təşkilatının, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Suraxanı Gənclər evinin əməkdaşları, Şəhid anaları və qazilər iştirak etmişlər.
Anım tədbirində Orxan Qəhrəmanovun həyat yolundan, döyüş şücaətlərindən danışılmış, ruhu ehtiramla yad edilmiş, şagirdlərin təqdimatında şerlər səsləndirilərək bədii hissə nümayiş olunmuşdur.
Daha sonra Şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur

 

Keçidlər