Novruz bayramı ərəfəsində istirahət günlərində Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri davam etdirilir
27 mart 2022 | 16:00
Novruz bayramı ərəfəsində istirahət günlərində Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri davam etdirilərək avtomobil yollarının təmir və tikintisi uğurla icra olunur, küçələr asfaltlanır.
Əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yolun istismara yararsız olan bir hissəsində 4120 kv.m asfalt örtüyü vurulub.
Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.