Martın 26-sı Şəhidimiz Qəhrəmanov Orxan Sərvər oğlu doğum günü ərəfəsində anılıb
Bu gün, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində Şəhid olmuş Qəhrəmanov Orxan Sərvər oğlu doğum günü ərəfəsində anıldı.
Şəhidin doğum günü tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini və şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Şəhid anaları və qazilər iştirak etmişlər.
Tədbirdə RİH başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün Şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır. Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızı daim fəxr və qürurla anacaq.
Həmçinin, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov və digər qonaqlar çıxış edərək Vətənimizin müdafiəsi uğrunda savaşmağın və şəhidlik zirvəsinə ucalmaq məqamının ən böyük şərəf və qürur olduğunu vurğulamış, mənfur düşmənə qarşı şücaətlə vuruşaraq öz həyatını qurban edən bütün şəhidlərimizə rəhmət diləmişlər.
Qeyd edək ki, Orxan Qəhrəmanovun doğmaları Şəhid ailəsi olmağın qürurunu və acısını 2-ci dəfə yaşayırlar, çünki Orxanın əmisi Qəhrəmanov Camal Cümşüd oğlu da 1-ci Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edərək Şəhid olmuşdur.