Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunun bütün qəsəbələrində genişmiqyaslı təmizlik işləri davam etdirilir

23 mart 2022 | 16:00

Novruz bayramı günlərində də Suraxanı rayonunun bütün qəsəbələrində Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən genişmiqyaslı təmizlik işləri davam etdirilir.
Küçələrdə səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər yuyularaq müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılır.
Həmçinin, ağacların qurumuş budaqları budanır, dibləri bellənərək ziyanverici həşəratlardan qorunmaq üçün gövdələri əhənglənir, yabanı quru, alaq otlar təmizlənir.

 

Keçidlər