“Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı Suraxanı rayonu, E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı Suraxanı rayonu, E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlərə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizdən bəhs edən sözügedən kitab barəsində ətraflı məlumat verilmiş, eləcə də onların təqdimatında Şanlı Qələbəyə həsr olunmuş bədii-hissə nümayiş olunmuşdur.