Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində bayram sovqatları paylanıldı

18 mart 2022 | 16:00

Martın 18-də Novruz bayramı ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qarabağ qaziləri ilə görüş keçirmişdir.  Görüş zamanı 250 nəfər, gün ərzində isə əlavə 150 nəfərdən çox rayonun aztəminatlı sakinləri bayram sovqatları ilə təmin olunmuşlar.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdikdən sonra tədbir iştirakçılarını qarşıdan gələn xalqımızın ən əziz bayramı-Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, xoş bayram əhval-ruhiyəsi  arzulamışdır.

Xalqımızın Ümummilli lideri  Heydər Əliyevin rəhbərliyi sayəsində milli adət və ənənələrmizə qaydışın təcəssümü, mədəniyyətimizin zəngin xəzinəsi olan bu milli bayramımızın tariximizin müxtəlif dövrlərində, sınaq dolu ağır günlərində belə hər birimizin qəlbində yaşadılmasından danışan RİH başçısı artıq bayram tonqallarımızın daha gur yanacağını və düşmənə göz dağı verəcəyini fərəhlə qeyd etmişdir.
RİH başçısı Əziz Əzizov Ulu Öndər, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qaydışından sonra Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasının qurulmasından, Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl və fəal xarici siyasət yürüdülməyə başlanmasından danışmışdır. Həmçinin, Heydər Əliyev yolunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusunun 30 illik işğala son qoymasından bəhs edən RİH başçısı xüsusilə vurğulamışdır ki, ölkəmizin şanlı Qələbə qazanmasının təməlində ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müstəqil siyasəti dayanır. Məhz Ali Baş Komandanın apardığı islahatlar, düşünülmüş strategiya və xalqın birliyi sayəsində 44 günlük Vətən Müharibəsində xalqımız bu zəfəri qazanmışdır. O, qeyd etdi ki, Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli olmuşdur.

Tədbirdə çıxış edən qazilər göstərilən diqqət və qayğıya görə başda Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər