“Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı Suraxanı rayonu, B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı Suraxanı rayonu, B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə keçirilib.
Təqdimat mərasimində Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova iştirak etmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizdən bəhs edən, uşaqlara vətənpərvərlik ruhu aşılamaq, onlarda Vətən müharibəsi haqqında daha dolğun fikir formalaşdırmaq məqsədilə nəşr edilən sözügedən kitab barədə şagirdlərə ətraflı məlumat vermişdir.