Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral-Gənclər günü” Suraxanı rayonunda qeyd edilmişdir

31 yanvar 2015 | 16:00

“2 fevral-Gənclər günü” ilə əlaqədar Suraxanı rayonunda gənclərlə görüş keçirilmişdir. Görüşdə 200-dən yuxarı gənc iştirak etmişdir.
Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Sonra gənclər Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Gənclərə məlumat verildi ki, 2014-cü ilin sonuna qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 51000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 14 mindən artıq istifadəçi faydalanmış, Mərkəzdə 2014-cü ildə 24 ümumrayon tədbiri, Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 11-ci sinif şagirdlərinə 11 açıq dərs, 9-11-ci sinif şagirdlərinə 9 açıq dərs, yeni ailə quran 21 gənc ailənin nikah mərasimi keçirilmişdir.
Gənclərlə “Bülbülə” şadlıq sarayında davam etdirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri “2 fevral-Gənclər günü”  münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün Müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı Beynəlxalq konfranslarda , dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” uğurla icra edilir.
İlqar Abbasov xüsusi vurğulamışdır, Gənclər Siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir.
Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi, bu il Azərbaycanın 1-ci Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlardan qazanılan  çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir.
Bütün bu işlər Suraxanı rayonundan da yan keçməyib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ilə Suraxanı rayonunda “Gənclər evi” tikilib istifadəyə verilib, rayonun bütün qəsəbələrində idman meydançılarının, Yeni Günəşli yaşayış sahəsində “Şahmat məktəbi”nin tikintisinə başlanılmışdır.
Bu gün Azərbaycan qazandığı uğurlar sayəsində regionun ən qüdrətli ölkəsi və beynəlxalq arenada söz sahibi kimi qəbul edilir. Yüksək tribunalardan Azərbaycan xalqının böyük, mənəvi zəngin, bəşəri dəyərlərə önəm verən, sülhsevər xalq olduğu barədə səslənən nüfuzlu fikirlərin sayı durmadan artır.
Nəhəng quruculuq işləri aparılan şəhər və kəndlərimiz gündən-günə abadlaşır, çoxsaylı müasir istehsal sahələri yaradılır, təhsil, səhiyyə obyektləri, idman kompleksləri tikilir, daimi yeni iş yerləri yaradılır.
Gələcək nəsillərimiz də vətənpərvər və Vətənə bağlı olmalıdırlar ki, ölkəmiz daha da qüdrətli dövlətə çevrilsin.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Gənclərin Milli Şurası”nın sədri Şahin Seyidzadə qeyd etmişlər ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, YAP Suraxanı rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur.
Sonda “Gənclər evi”nin və Qurban Abbasov adına mədəniyyət sarayının bədii kollektivlərii konsert proqramı ilə çıxış etmişdir.

Keçidlər