“Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı Suraxanı rayonu, E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı Suraxanı rayonu, E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc nəslin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağının artırılmasına, onların Vətənə layiqli şəxsiyyət kimi yetişməsinə böyük töhfə verəcək “Bizim böyük Qələbəmiz” adlı kitabdakı məlumatlar haqqında şagirdlərə ətraflı bilgilər verilmiş, eləcə də onların təqdimatında Vətən Müharibəsində qazandığımız Şanlı Qələbəyə həsr olunmuş bədii-hissə nümayiş olunmuşdur.