Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 17-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirib

17 mart 2022 | 16:00

A.Aqarunov adına 154 saylı tam orta məktəbin akt zalında 300 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin yaratdığı təməl sayəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət siyasətindən bəhs etmişdir. Həmçinin,  Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən müharibəsindən, döyüş meydanında düşmənin məğlubiyyətindən danışaraq işğaldan azad olunan rayonlarımızın bərpasının sistemli şəkildə həyata keçirildiyini, orada müasir infrastruktur layihələrinin uğurla icra olunduğunu vurğulamışdır.
RİH başçısı eyni zamanda rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında da ətraflı məlumat verərək bildirmişdir ki, yaxın zamanlarda Əmircanda qədimlik müasirliklə birləşəcək. Belə ki, Bakının qədim kəndlərindən olan Əmircan qəsəbəsində gedən təmir-bərpa işləri çərçivəsində kommunikasiya xətləri müasir səviyyədə qurulur, vətəndaşlara məxsus fərdi yaşayış evlərinin dam örtükləri yenilənir, küçələr abadlaşır, qəsəbənin qədim divarlarında restavrasiya işləri aparılır.
Milli Məclisin deputatı Afət xanım Həsənova çıxışında bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında məsələlərin qaldırıldığını vətəndaşların nəzərinə çatdırmışdır. O, bildirmişdir ki, Yeni Suraxanı qəsəbəsinin ən ciddi ekoloji problemi, neft çıxarılması nəticəsində əmələ gələn kimyəvi tərkibli texniki suların qəsəbədə torpaq səthində aşkar surətdə axıdılmasının aradan qaldırılmasına nail olunub. Eləcə də rayonda nəqliyyat problemlərinin həlli ilə bağlı RİH başçısı Əziz Əzizovun iştirakı ilə Bakı Nəqliyyat Agentliyində birgə görüşün keçirildiyini qeyd edən Afət xanım Həsənova bu sahə üzrə də müvafiq işlərin həyata keçirildiyini bildirmişdir. Millət vəkili eyni zamanda Suraxanı rayonunun əsazisində peşə təhsili müəssisələrinin tikilməsinin vacibliyini də vurğulamışdır.
Daha sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış və ya araşdırılması üçün nəzarətə götürülmüşdür.

 

Keçidlər